top of page
HAQQIMIZDA
Modelders olaraq qarşıya qoyulan ən prioritet məsələ dərslərin daha rahat və əlçatan olmasıdır. Azərbaycan dili və ədəbiyyat fənni ilə başlamağımıza baxmayaraq, gələcəkdə digər fənlərin də səhifəmizə əlavə edilməsi planlarımızdandır. Azərbaycan dilinə hazırlaşmaq və bu fənnə aid bütün materiallardan istifadə etmək istəyən hər kəs səyfəmizə abunə ola bilər. Orta məktəb dərslikləri əsasında hazırlanan Model Dərs (MD) nümunələrini bir mərkəzdə toplanmaq istəyi ilə bu yola çıxmışıq. Modelders.az portalı isə bu iş üzrə yeganə universal portaldır.
MODEL DƏRS LAYİHƏSİNİN AKTUALLIĞI
-
Müəllimlərin yalnız öz dərsləri ilə kifayətlənməyib və fərqli dərs nümunələri ilə tanış olma ehtiyacı
-
Texnoloji yeniliklər əsasında hazırlanmış müasir dərs formaları ilə tanışlıq
-
Yeni dərs yaratmaqda çətinlik çəkən müəllimlər üçün praktiki dərs nümunələrin olmamağı
-
Açıq dərs (model dərs) stressinin yüngülləşdirilməsi
-
IV kurs tələbələrinin praktiki dərs bacarıqlarının formalaşdırmaq istəyi
-
Müəllimlərin dərs hazırlamağa ayırdıqları vaxta qənaət



MƏQSƏD
Platformanın əsas məqsədi ölkə ərazisindəki təcrübəli müəllimlərin model dərs nümunələrini öz həmkarları ilə rahat şəkildə paylaşmasını, əlçatanlığını təmin etmək və gənc kadrlar üçün virtual təcrübə mərkəzi yaratmaqdır.
bottom of page
