top of page

İSTİFADƏÇİ RAZILAŞMASI

Maddə 1. İstifadəçi razılaşması (Bundan sonra-İR)

1.1. İR Siz (bundan sonra-Abunəçi)  və modelders.az (Model Ders, bundan sonra-MD)   arasında olan hüquqi bir anlaşmadır.

1.1. İstifadəçi Razılaşması abunəçi  MD-də qeydiyyatdan keçdiyiniz andan qüvvəyə minmiş olur.

Maddə 2. İstifadəçi razılaşmasının predmeti

2.1. MD abunəçiyə mövcud (İR) predmetinin şərtləri daxilində öz xidmətlərini təklif edir.

2.2. İstənilən şəxs veb səhifənin yaratdığı imkanlardan istifadə etmə hüququna sahibdir.

2.3. İstifadəçi razılaşması MD tərəfindən istənilən vaxt təktərəfli qaydada dəyişdirilə bilər. Bu səbəbdən qeydiyyatdan keçdiyiniz zaman İR-nın nüsxəsini çap etməlisiniz.

Maddə 3. Xidmətin göstərilməsi

3.1 MD abunəçiyə hər hansı müəllimin yüklədiyi model dərs nümunəsindən istifadəni və hazır slaytlarınızı modelders.az veb səhifəsinə yükləyərək digər həmkarlarınızın istifadəsinə verməyinizi təmin edən böyük veb protalıdır. 

3.2. Abunəçi tərəfdən sistemə (MD-yə) yüklənmiş fayl və məlumatlardakı yanlışlışlığa görə MD məsuliyyət daşımır.

3.3. Veb səhifə yüklənmiş fayl, təlimat, linklər və yorumlara görə MD məsuliyyət daşımır. Abunəçi yüklədiyi bütün məlumata özü cavabdehdir.

3.4. Abunəçi başa düşür və qəbul edir ki, bu xidmət "olduğu kimi" təqdim/təklif olunur. Xidmətə internet olan istənilən yerdən qoşulmaq mümkündür.

3.4.1. İnternetlə bağlı yaranacaq problemə görə MD məsuliyyət daşımır.

Maddə 4. Qeydiyyatla əlaqəli görəcəyiniz iş

 4.1. Qeydiyyat zamanı qeydiyyat formunda soruşulacaq suallara tam və dəqiq cavab verəcəyinizi qəbul edirsiniz. Əks halda MD abunəçinin qeydiyyatını ləğv etmək və xidmətdən istifadəsini dayandırmaq hüququna malikdir.

4.2. Qeydiyyat hissəsindəki yanlışlığa görə məsuliyət daşıyırsınız.

Maddə 5. Abunəlik qeydiyyatı, şifrə və təhlükəsizlik

5.1. Qeydiyyatdan keçdikdən sonra siz təhsil xidmətindən istifadə etmək üçün istifadəçi adı və şifrəsi əldə edirsiniz.

5.2. MD şəxsi məlumatlarınızın icazəniz olmadan üçüncü tərəflə paylaşılmayacağına söz verir və məsuliyyəti üzərinə götürür.

5.2. İstifadəçi adınızın və şifrənizin təhlükəsizliyinə, həmçinin bu ad və parol altında etdiyiniz hər cür işləmə görə cavabdehsiniz.

5.3. MD müəyyən adların qeydiyyatına qadağa qoya bilər və belə adların istifadəsini məhdudlaşdırmaq hüququna sahibdir.

5.4. Abunəçinin ad və şifrəsindən başqası istifadə edərsə, bizim tərəfdən profiliniz bloklanacaq və ödədiyiniz xidmət haqqı sıfırlanacaq.

5.4.1. Xidmətə təkrar qoşulmaq istədikdə yeni ödəniş təyin ediləcək.

5.5. Xidmətdən istifadə zamanı şəxsi səhlənkarlığınız üzündən və bu razılaşmanın qaydalarına əməl etmədiyiniz təqdirdə dəyilən ziyana görə MD  heç bir məsuliyyət daşımır.

Maddə  6. Qeydiyyatdan keçmiş 
istifadəçinin öhdəlikləri

6.1. Abunəçi model dərs xidmətindən istifadə edərkən aşağıdakıları qəbul edirsiniz:

6.1.1. Özünü başqa şəxs kimi təqdim etməmək;

6.1.2. Digər şəxslər barədə şəxsi məlumatları yığıb saxlamamağı;

6.1.3. Veb saytın normal fəaliyyət göstərməsini pozmamağı.

6.1.4. Modelders.az saytında yerləşən slaytları, təlimatları, videolar, testlər və digər məlumatları başqaları ilə paylaşmamağı.

6.1.5. İstifadəçi login və şifrəsini başqasına verməməyi.

Maddə 7. Qeyri-kommersiya məqsədi ilə istifadə

7.1. MD tərəfindən satılan abunə kommersiya məqsədi ilə satıla bilməz. 

7.1.2. Belə hal aşkarlanarsa abunə ləğv olunur. Bu zaman yaranan hər hansı bir mübahisəyə görə MD məsulliyyət daşımır.

Maddə 8.  Pulun geri ödənilməsi

8.1. Ödənilmiş məbləği abunəçi tərəfdən hər hansı bir səbəbə görə imtina etdikdə və öz tərəfindənizdən yaranacaq başqa problemə görə geri qaytarılmır.

Maddə 9. Qeydiyyatın dayandırılması

9.1. MD abunəçi qoyulan qaydalara əməl etmədikdə abunənizi dayandırmaq hüququna malikdir.

9.1.2. MD profil üç il müddətində istifadə edilmədikə təktərəfli olaraq dayandırma hüququna sahibdir.

Maddə 10. İstinadlar

10.1. MD abunəçiləri digər resurslara istinad edə bilər.

10.1.1. Abunəçilər istinadlara görə birbaşa məshuliyyət daşıyır.

10.1.2. Siz qəbul edir və razılaşırsınız ki, modelders.az həmin istinadların kontentinə və fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Maddə 11. Təminat

11.1. Modelders.az servisdə yarana biləcək hər hansı problemlərdən dolayı məsuliyyət daşımır və tez bir zamanda məsələni həll etməyə çalışır.

11.1. Modelders.az təminat vermir ki, göstərilən xidmət (servis) sizin tələbərinizə tam cavab verəcək, xidmət dəqiq, operativ və qüsursuz olacaq;

11.1. Modelders.az sizə xidmətdən istifadəyə görə birbaşa və ya dolayısı ilə dəyən (və ya dəyə biləcək) hər hansı zərərə görə məsuliyyət daşımır.

Maddə 12. Ümumi müddəaları

12.1. MD istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman təktərəfli olaraq dəyişmək hüququna malikdir.

12.1.1. Yaranmış problemə görə MD səhifəsi və məxsus olduğu şirkət sahibi heç bir məsuliyyət daşımır.

12.1.2. Şəxsi profil unudularsa və yenidən bərpası mümkün olmazsa, Ödənişlərin (abunə haqqı) sıfırlanacaq və bu zaman yaranmış problemə görə MD  məshuliyyət daşımır.

13. Mübahisəli məsələlər

13.1. Abunəçi və MD-lə razılaşırsınız ki, İR barəsində yarana biləcək hər hansı bir mübahisə zamanı Azərbaycan qanunvericiliyi əsas kimi götürüləcək.

bottom of page